RU

Hərbi jurnalist Aleksandr Şarkovski vəfat edib

Hərbi analitik, Rusiya Yazıçılar İttifaqının üzvü və şair, ehtiyatda olan zabit Aleksandr Şarkovski 64 yaşında Soçidə vəfat edib,

Qaziler.az bildirir ki, bu barədə mərhumun ailəsi NEWS.ru-ya bildirib.

O, pnevmoniya şübhəsi ilə təcili xəstəxanaya yerləşdirilib. Yaxınlarının dediyinə görə, ölümə səbəb ürək dayanması olub.

SSRİ Silahlı Qüvvələrində zabit kimi xidmət etdikdən sonra Şarkovski alpinist, təlimatçı və xilasedici olub. O, Qafqaz dağları, Altay, Hisar, Pamir, Tyan-Şan, Şərqi Sayan dağları, Alp dağlarına qalxmışdır. Daha sonra biznes layihələri üzərində çalışıb.

Şarkovski Qərbi Avropa və Sakit Okean-Asiya regionlarını öyrənmiş, beynəlxalq sərgilərin təşkilində iştirak etmişdir. İngilis və fransızca danışırdı. Şarkovski təsviri incəsənət, bədii ədəbiyyat, tarix, coğrafiya ilə maraqlanıb, həm də şeir yazıb.

Son vaxtlar o, NEWS.ru informasiya portalında hərbi ekspert işləyib. O, "Birinci Kanal", "Rusiya radiosu", "Solovyov Live" və digər KİV-lərdə şərhlər verib.

QAZİLER.AZ

Избранный
11
qaziler.az

1Источники