Meydan sahiblərinin daha iddialı komanda oduğunu nəzərə alsaq, Ağsu təmsilçisinin 3 xala yiyələnməsi sürprizdi. “Baku Sportinq”ə nəyin hesabına qalib gəldiz? Bu sualı “Difai”nin baş məşqçisi Xaqani Məmmədova ünvanladıq:
“Çətin oyun oldu. Meydança çox pis vəziyyətdə idi. “Baku Sportinq” çempionatda yaxşı komandalardan biridi. Belə kollektivlərə qarşı əzmkar, istəkli və diqqətli olmalısan. Yaxşı oyun nümayiş etdirərək qalib gəldik”.
ƏSƏD SEYİDOV