RU

Azərbaycanda akselerasiya proqramları çərçivəsində 65 startap MVP səviyyəsinə çatıb

Bakı. Trend:

Hazırda Azərbaycanda inkubasiya və akselerasiya proqramlarıçərçivəsində 65 startap minimal həyat qabiliyyətli məhsul (MVP)səviyyəsinə çatıb.

Trend xəbər verir ki, bunuİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnvestisiyalarvə ekosistemə dəstək şöbəsinin müdiri Ağahüseyn ƏhmədovAzərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanındaİRİA-nın illik fəaliyyətinə həsr olunmuş hesabat tədbirindədeyib.

O bildirib ki, ekosistemin əsas məqsədi bazarın tələblərinəcavab verən məhsul və ya xidmətlərin yaradılmasıdır.

“Bunu, əlbəttə ki, startaplar həyata keçirə bilər. Startaplarhəm universitetlərdə, həm müstəqil şəkildə, həm də irikorporasiyalar çərçivəsində yaradıla bilər. Lakin onlarınyaradılması və təşkil edilməsi üçün ekosistemin və onunelementlərinin mövcudluğu vacibdir. Bu elementlər bir neçəkateqoriyaya bölünə bilər: bazarın əlçatanlığı, maliyyəəlçatanlığı, insan kapitalının inkişafı, infrastruktur təminatı vəinnovativ mədəniyyətin formalaşdırılması”, – deyə A.Əhmədovbildirib.

Onun sözlərinə görə, İRİA bu günə qədər inkubasiya vəakselerasiya proqramları, regionlarda innovativ proqramlar,universitet layihələri həyata keçirib və xaricə nümayəndə heyətlərigöndərib.

“Bu günə qədər inkubasiya və akselerasiya proqramlarıçərçivəsində 9 demo-gün təşkil edilib və bu tədbirlərdə 100-dən çoxstartap iştirak edib. Həmin 100 startap 300-dən çox iştirakçıyatəqdim olunub. Bu startaplardan 65-i minimal həyat qabiliyyətliməhsul (MVP) səviyyəsinə çatıb. Bundan əlavə, akselerasiyaproqramları çərçivəsində beş akselerasiya tədbiri keçirilib. Bulayihələr çərçivəsində bir milyondan çox avro sərmayə cəlb olunub”,– deyə A,Əhmədov əlavə edib.

Избранный
47
1
az.trend.az

2Источники