İlon Mask SpaceX-in baş qərargahını Texasa köçürür. Mask orada Starbeyz şəhərini yaratmaq istəyir.
Azpost.info bildirir ki, Mask bu barədə sosial şəbəkədə yazıb.
“SpaceX-in qərargahı indi rəsmi olaraq Texas ştatının Starbase-də olacaq”, – deyə iş adamı özünün X səhifəsində yazıb.
O, SpaceX-in daha əvvəl yerli məhkəməyə göndərdiyi petisiyanı şərh edib. O, ərizədə Starbeyz kosmodromunun ərazisinə şəhər statusunun verilməsini xahiş edir. Artıq orada bir neçə yüz şirkətin əməkdaşının yaşadığı qeyd edilir.