RU

Türkiyə MİT rəhbərindən Dəməşqdə sensasion addım – Elə mesaj verdi ki…

Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə səfər edib. O, Əməvi məscidində namaz qılıb.

Türkiyənin yüksəksəviyyəli dövlət adamlarının Suriyaya bu cür səfərləri sözügedən ölkəni tam nəzarətə götürməyə xidmət edir? MİT rəhbərinin Dəməşqə getməsi Ərdoğanın Suriyaya səfərinə hazırlıqdır?

Globalinfo.az-a danışan politoloq Füzuli Qurbanov deyib ki, İbrahim Kalının Suriyaya səfəri qalib tərəfin dəvəti ilə baş tutub:

“Kalının səfərindən əvvəl Suriyada qalib tərəf bəyan etdi ki, ölkənin kəşfiyyat sistemini dəyişəcəklər. Suriyanın hazırkı hakimiyyəti iş prinsipini tamamilə fərqli əsaslarla qurmaq istəyir. Yəni Suriya regiondakı funksiyasını əməkdaşlıq və təhlükəsizliyə doğru dəyişməyə hazırlaşır. Suriyanın dövlət strukturlarının yeni reallıqlara uyğun kadrlarla təmin olunması zəruridir. Bunun üçün Türkiyənin təcrübəli MİT-indən dəstək alırlar, Ankara isə buna müsbət cavab verib”.

Politoloq bildirib ki, İ.Kalının Əməvi məscidində namaz qılmasının böyük rəmzi mənası var:

“Belə ki, Türkiyə islamı bütöv görür və onu məzhəblər prizmasından qiymətləndirmir. Kalın yaxşı filosof, müəllim olmaqla yanaşı, çox yaxşı strateqdir. Onun bu hərəkəti örnəkdir. Yaxın Şərqdə islamı məzhəb prizmasında görmək istəyənlər var. Lakin islam dini bir mədəniyyətdir, əməkdaşlıq üçün yaxşı nümunədir. Suriya da, Türkiyə də islama sadiqdir”.

fuzuli

Füzuli Qurbanov

Politoloq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya ehtimal səfəri haqda danışıb:

“Hələ ki dəqiq məlumat yoxdur, lakin Ərdoğanın səfəri baş tuta bilər. Ərdoğan Suriyaya gedərsə, qardaşı Prezident İlham Əliyevi də dəvət edə bilər. İki qardaş dövlət başçıları Suriyada əməkdaşlıq, sülhün üçün ortaq hərəkət edə bilər.

Bu gün Suriyanın yenidən qurulmasını, sabit ölkə olmasını istəyən və istəməyənlər var. Hesab edirəm, Qərb və qonşu ölkələr reallığı qəbul edirlər. Artıq Ankara ilə məsləhətləşmələr aparılır.

Suriyanın yenidən qurulmasını, demokratik ölkə olmasını Türkiyə də, biz də arzulayırq”.

Избранный
11
turkustan.az

1Источники