Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası dekabrın 16-da keçiriləcək.
Aznews.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasının sonunda məlumat verib.
Azərbaycan Milli Məclisinin 2024-cü il 16 dekabr tarixli iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb.
Gündəliyə 14 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
1. “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
2. “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
3. “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
4. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
5. “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).