RU

Hökumət "Volkswagen"dən ucuz elektromobil istehsal etməyi xahiş edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın ixracatındakı azalma proqnozları üstələyib.

Banco.az xəbər verir ki, Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek alman avtomobil istehsalçısı “Volkswagen”dən daha ucuz elektrik avtomobilləri istehsal etməyi xahiş edib.

Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek ölkəsinin “Handelsblatt” iqtisadiyyat qəzetinin təşkil etdiyi “Sənaye Sammiti 2024” adlı konfransda çıxış edib.

Habek Çindən gələn rəqabət və aşağı tələbatla çətin vəziyyətdə olan alman avtomobil sənayesinin “gələcəyi” barədə xəbərdarlıq edib. 

"Avtomobil sənayesində çox şey bir araya gəlir, lakin günəş panelləri ilə gördüyümüz kimi ilk növbədə çinlilər bazara daxil olurlar”, nazir bildirib.

Habek Almaniyanın elektrik avtomobil bazarını canlandırmaq üçün daha çox şey edə biləcəyinə diqqət çəkərək buna nümunə kimi o, işlənmiş və ya yeni elektrik avtomobili alarkən min avroluq krediti və aşağı və orta gəlirli insanlar üçün vergi güzəştlərini göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
35
banco.az

1Источники