RU

ING Azərbaycan üçün inflyasiya proqnozunu yeniləyib

Niderlandın “ING Group”u bu il üçün Azərbaycanda orta illik inflyasiyanın 2,1 %, 2025-ci ildə 4,1 %, 2026-cı ildə isə 4,5 % səviyyəsində olacağını proqnozlaşdırır.

Bu barədə “Report” şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir ki, sentyabr ayındakı gözləntilərə nisbətən bu il üçün açıqlanan yeni proqnoz 0,1 faiz bəndi, 2025-ci il üçün 0,6 faiz bəndi azalıb. 2026-cı il üçün inflyasiya proqnozu isə sentyabrdakı gözləntilərlə eynidir.

Proqnoza əsasən, 2024-cü ilin dördüncü rübündə Azərbaycanda orta illik inflyasiya 4,8 % səviyyəsində gözlənilir.

2025-ci ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 4,6 %, ikinci rübdə 5 %, üçüncü rübdə 3,2 %, dördüncü rübdə isə 3,6 % nəzərdə tutulub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında orta illik inflyasiya 2 %, noyabr ayında ötən ilin eyni ayına nisbətən 0,7 % təşkil edib.

İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 2,7 %, 2025-ci ildə 4,6 % olacağını gözləyir.

"Cebheinfo.az"

Избранный
40
1
cebheinfo.az

2Источники