RU

2024-cü ildə KOBİA-da 340-a yaxın vətəndaş qəbulu keçirilib

Bakı, 13 dekabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti vətəndaş qəbulu keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin rəhbər heyəti qəbulda iştirak edən sahibkarların biznes fəaliyyəti ilə bağlı müraciətlərini, o cümlədən təklif və çətinliklərini dinləyib, suallarını cavablandırıb.

Qəbulda sahibkarlar tərəfindən qaldırılan məsələlərin agentliyin səlahiyyətləri çərçivəsində araşdırılacağı və həlli istiqamətində müvafiq dəstək və əlaqələndirmə tədbirlərinin görüləcəyi qeyd olunub.

Sahibkarlar KOBİA-nın www.smb.gov.az internet səhifəsindəki “Vətəndaşların qəbulu” bölməsi vasitəsilə agentlik nümayəndələrinin qəbuluna yazıla bilərlər.

Ümumilikdə isə 2024-cü ildə agentliyin inzibati binasında 340-a yaxın vətəndaş qəbulu keçirilib.

Избранный
46
azertag.az

1Источники