RU

Ərdoğandan Blinkenin yanından mesaj: Başınız əziləcək!

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyadakı müxalifət, eləcə də PKK və ona bağlı silahlı birləşmələrin Suriyadakı təhdidləri qarşısında milli təhlükəsizliyini qorumaq üçün tədbirlər görəcəyini bildirib.

Referans.az Publika.az-a istinadla xəbər verir ki, Türkiyə liderinin administrasiyasının məlumatına görə, Ərdoğan bu barədə ABŞ Dövlət katibi Antoni Blinkenlə Ankarada görüşündə deyib.

“Prezident Ərdoğan bildirib ki, Türkiyə öz milli təhlükəsizliyi naminə Suriyada fəaliyyət göstərən və Türkiyə üçün təhdid mənbəyi olan bütün terror təşkilatları, xüsusilə PKK (və onlarla əlaqəli Suriya silahlı birləşmələri) və İŞİD-ə qarşı tədbir görəcək. O bildirib ki, Türkiyə NATO ölkəsi olaraq PKK və ona bağlı qrupların Suriyadakı vəziyyətdən yararlanmaq cəhdlərinə mane olacaq. O, bütün imkanlardan istifadə edəcək və heç vaxt İŞİD-ə qarşı mübarizədə zəifliyə yol verməyəcək”, - administrasiyanın bəyanatında bildirilir.  

Избранный
3
8
referans.az

10Источники