Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin keçmiş rəisi general Sadiq Abduyev apellyasiya şikayəti verib.
Moderator.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Elvin Əliyev iş üzrə hakim təyin edilib.
Sadiq Abduyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsi ilə məhkəmə çəkişməsindədir. Generalla qurum arasında əmək münasibətlərinə dair mübahisə yaranıb. Sadiq Abduyev bu mübahisə səbəbindən Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdı. Birinci instansiya məhkəməsi onun iddiasını təmin etməyib. O, 2018-ci ildə ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüb.