RU

Blinkenin Ərdoğanla danışıqları Türkiyənin qlobal gücə çevrildiyinin göstəricisidir- ÖZƏL

"Blinkenin Türkiyəyə səfəri elə dövrə təsadüf edir ki, bu dövrdə özəlliklə Suriyadakı quruculuq prosesində Türkiyənin iştirakı gözlənilir. Həm də Türkiyədə artıq demokratlar hakimiyyətdən yavaş-yavaş uzaqlaşır, hökuməti respublikaçılara ötürəcəklər". 

Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Belə bir dövrdə Blinkenin Ərdoğanla danışıqlar aparması Türkiyənin qlobal gücə çevrildiyini növbəti dəfə nümayiş etdirir. Suriyanın taleyini, siyasi mənzərəsini Türkiyəsiz təsəvvür etmək olmaz. ABŞ də bunu yaxşı başa düşdüyünə görə dövlət katibi Blinkenin fəaliyyəti yekunlaşana yaxın Türkiyəyə səfər edərək Suriya və digər məsələlərlə bağlı Ərdoğanla müzakirələr və danışıqlar aparıb. Bu baxımdan Blinkenin Ərdoğanla danışığı həmçinin Türkiyəyə səfəri Ankaranın regional münasinətlər sistemində artan mövqelərinin növbəti göstəricilərindən biridir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
40
olaylar.az

1Источники