RU

“Türkiyənin Suriyada nə işi var?” sualına - Ərdoğandan cavab

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyənin Suriyada nə işi var?” sualına cavab verib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə lideri bu barədə Sakarya mitinqindəki çıxışı zamanı danışıb.

“İndi görürsən bəzi adamlar çıxıb orada-burada danışırlar. Nə deyirlər? “Türkiyənin Suriyada nə işi var?” Bunu deyəcək qədər öz tarixini bilməyənlərin, mədəni və sivil dəyərlərimizdən məhrum olanların bəziləri məlumatsızlıqdan bu sualı verdiyini görürük.

Əksəriyyətinin isə partiyadaxili hakimiyyət mübarizəsindən başlarını qaldırıb bir neçə sətir tarix oxumağa, bir-iki məqaləyə göz gəzdirməyə belə vaxtları yoxdur” , - Ərdoğan vurğulayıb

Birinci Dünya Müharibəsindən sonra bölgəmizdəki sərhədlərin yenidən müəyyən edilməsi zamanı şərtlər fərqli olsaydı, indi Hələb, İdlib, Həma, Dəməşq, Rakka adlandırdığımız şəhərlər elə bizim vilayətlərimiz olacaqdı”.

Избранный
39
5
qafqazinfo.az

6Источники