RU

Vüqar Əhmədov Gədəbəydə vətəndaşları qəbul etdi

"Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov bu gün Gədəbəy Elektrik Şəbəkəsinin inzibati binasında Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşlarla görüşüb.


Qaynarinfo xəbər verir ki, qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən təşkil olunub.


Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Gədəbəy rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.


Görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.


Hər iki rayonunun sakinləri regionların elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma işləri barədə məmnunluqlarını ifadə edib, vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


"Azərişıq” ASC-nin həyata keçirdiyi yenidənqurma və marrifləndirmə tədbirləri kimi regionlarda vətəndaşlarla təşkil olunan görüşlər də abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.




Избранный
1
14
qaynarinfo.az

10Источники