Ukrayna Futbol Federasiyası FIFA və UEFA-ya etiraz notası göndərib.
Apasport.az xəbər verir ki, buna səbəb DÇ-2026-nın seçmə mərhələsinin püşkatması zamanı Ukraynanın xəritəsində yanlışlığa yol verilməsidir.
Teleyayım zamanı Krım yarımadası Ukraynanın ərazisi kimi göstərilməyib. UFF hər iki qurumun baş katibinə məktub yazaraq öz narazılığını bildirib.
Qeyd edək ki, Rusiyanın Ukraynanın ərazisinə müdaxiləsindən sonra bu ölkənin yığması beynəlxalq yarışlardan kənarlaşdırılıb.
“Barselona” Olmo məsələsini həll edir
Musiala Havertz və Virtsi qabaqlayıb
“Yuventus”da Vlahoviç problemi
Mbappenin durumuna aydınlıq gəlib
"Sabah"ın sabiq baş məşqçisi iki oyunluq cəzalandırılıb