RU

Suriya erməniləri əslində Paşinyana daha lazım deyil- onları istifadə edib atdılar...

Image

Abutalıb Səmədov: "Fikrimcə, "erməni maşınının" fəsad törətməsinin sonu gəlib"

Ermənistan Suriya ermənilərinə pulsuz giriş vizası verir. Ermənistanın Dəməşqdəki səfirliyinin diplomatik heyəti və Ermənistan Respublikasının Hələbdəki baş konsulu hazırda Beyrutda işini davam etdirir.

İki qaynar xətt və bir elektron poçt var.

Son dörd gün ərzində səfirliyin qaynar xəttinə lazımi sənədlərin, əsasən də Ermənistana giriş vizasının qeydiyyatı və verilməsi ilə bağlı suallar daxil olub. Bütün bu hallarda Ermənistan səfirliyi Suriyadan gələn ermənilərə, pulsuz viza verilməsi də daxil olmaqla, lazımi yardım göstərmişdir.

Suriya ermənilərinin öz vətənindən belə kütləvi qaçmasının əsas səbəbi ondan ibarətdir ki, ermənilər Bəşər Əsəd rejiminin "vuran əli" olub. Suriyanın vətənpərvər qüvvələrinə qarşı soyqırımları, terrorları və işgəncə səhnələrini Bəşər Əsəd əsasən ermənilərin əli ilə törədib. Hətta Əsəd rejiminin türmələrindəki cəza-işgəncə qruplarının çoxu da ermənilərdən ibarət olub. Bunu bütün ölkə, o cümlədən də indi hakimiyyətə gələn qüvvələr çox gözəl bilir. Bu səbəbdən bundan sonrakı dönəmdə Suriya ermənilər üçün bir cəhənnəmə çevriləcək. İndi Suriya cəmiyyətində erməni adı eşidiləndə dərhal o terror və cəza dəstələri yada düşür - bu digər millətlərin hiddətinə səbəb olur. Ona görə də indi Suriyada hər bir erməninin həyatına təhlükə var - fərqi yoxdur, o cəza-işgəncə və terrorçu dəstələrinin iştirakçısı olub, yoxsa yox. Bu səbəbdən də ermənilər yeni hakimiyyət yerinə oturuşana qədər ölkəni kütləvi şəkildə tərk etmək fikrindədir.

Ermənistanın boynunda onların haqqı var. 30 illik Qarabağ müharibəsində Bəşər Əsəd rejimi və oradakı ermənilər İrəvana hərtərəfli dəstək verib, gəlib cəbhədə onların əvəzinə döyüşüblər. İndi də Ermənistan onun əvəzini qaytarmalıdır, Suriya ermənilərinə pulsuz viza rejimi açır, onların kütləvü köçü üçun operativ qərargah yaradır. Bundan sonra Bəşər Əsədin terrorçu qulbeçələri Paşinyanın ətrafında cəmləşəcək. Amma Ermənistan Suriya qaçqınlarını qəbul etmək istəmir.

Bir tərəfdən də Ermənistanın  qaçqın qəbul etmək ikmanları məhduddur. Bu gün Ermənistan Qarabağdan gələn qaçqınları yerbəyer edə bilmir. Ona görə də İrəvan min bir bəhanə ilə Suriya qaçqınlarını qəbul etmək istəmir. Artıq bununla bağli Ermənistan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına müraciət edib.

Suriyadan Ermənistana nə qədər qaçqın gələ bilər, bunun Ermənistan və region üçun hansı fəsadları ola bilər?

Siyasi şərhçi Abutalıb Səmədov bakı-xeber.com-un sualına cavab olaraq bildirdi ki, Suriyada Əsədin cəlladları arasında ermənilərin əsas yerlərdən birini tutmasında qeyri-adi heç nə yoxdur: "Bunu hamıdan yaxşı biz bilirik. Ermənilərin zorakılığa, zalımlığa və terrora meylli olduğunu, sakit yaşamağı bacarmadığını, normal qonşuluq edə bilmədiyini, normal münasibətlər qura bilmədiyini və bu xüsusiyyətlərinə görə də tarixən faciələr yaşamaları hamıdan çox bizə məlumdur.

Təbiidir ki, Suriyada Əsəd rejiminə xidmət edən erməniləin ölkəni tərk etməkdən başqa çarəsi yoxdur və mütləq tərk edəcəklər.

Ümumiyyətlə, Suriyadakı erməni əhalisi daha çox 20-ci əsrin əvvəllərində Türkiyəni tərk etmiş ermənilərdir. Suriyada həmin dövrdə təqribən 150 min erməni yaşayırdı. Sonrakı dövrlərdə ermənilər Suriyanı tərk ediblər, isti ölkələr, daha yaxşı yaşamaq imkanları axtarıblar, Avropa ölkələrinə, Livana, Kanadaya, Amerikaya və s. kimi ölkələrə köç ediblar. Onu da demək lazımdır ki, ermənilərin, xüsusilə Suriyadan olan ermənilərin Ermənistana köçürülməsi üçün o dövrdə sovet hökuməti və Ermənistan xeyli cəhdlər göstərib. 1946-48-ci illərdə, 60-cı illərdə azərbaycanlıları öz dədə-baba yurdlarından çıxararaq onların yerinə Suriyadan gələn erməniləri yerləşdirməyə çalısırdılar. Həmin dövürdə azərbaycanlilar Ermənistanda səksəkə içərisində yaşayırdılar. Bütün çətinliklərə baxmayaraq onlar öz ev-eşilkərini tərk etmək istəmirdilər. Lakin o zorakı köçürülmələrlə azərbaycanlı əhalinin Ermənistandan çıxarılması və Kür-Araz ovalığına yerləşdirilməsi faktları bizə yaxşı məlumdur. Tamamilə fərqli iqlimə gəlib düsən həmvətənlərinizin nələr çəkdiyinin də şahidi olduq.

Ancaq məsələ bundadır ki, ermənilər daim ölkələri gəzirlər. Yəni Suriyadan Ermənistana gələnlərin çoxu da burada qərar tuta bilmədi. Ondan sonrakı dövrdə də Suriyada vətəndas müharibəsi başladı və ermənilər ölkəni tərk etdilər. Vətəndaş müharibəsinə qədər Suriyada 100 minə yaxın erməni var idisə, 2015-ci ildə Ermənistanın diaspora nazirliyinin verdiyi məlumata görə, bu ölkədə cəmi 20 min erməni olub. İndi Suriyada ermənilərin sayı bir qədər də azalacaq, bu gedişlə ola bilsin ki, Suriyada erməni qalmasın.

Təbiidir ki, törətdikləri vəhşiliklərə görə Əsəd rejiminə qulluq edən ermənilər Suriyanı tərk edəcəklər.

Yeri gəlmişkən, 44 günlük müharibə zamanı Suriya erməniləri Ermənistan tərəfindən hərbi əməliyyatlarda aktiv şəkildə iştirak edirdilər. Nədənsə belə məsələlərdə, başda Fransa olmaqla, dünyanın bəzi dövlətləri bizi günahlandırırdılar. Eyni zamanda, Ermənistan da öz əməllərini bizim adımıza çıxıb, bizi günahlandırmağa çalışırdı ki, guya biz terrorçu qrupların yardımından istifadə edirik. Amma heç bir sübut göstərə bilmədilər. Həmin dövrdə erməni terrorçuları Ermənistan tərəfindən vuruşdular və nəticə də bizə yaxşı məlumdur.

Bu səbəbdən də Suriyadan çoxsaylı erməninin Ermənistana gələcəyi ehtimalı çox azdır. Suriyada cəmi 20 min erməni varsa, üstəgəl, onların dünya erməniləri ilə əlaqəsi genişdirsə, onlar Avropanı, Amerikanı, Kanadanı və s. bu kimi ölkələri qoyub Ermənistana gəlməyəcəklər. Çünki Ermənistan əhalisinin özü Ermənistanı tərk edir, ona görə ki, sabaha ümid yoxdur. Ermənistan əhalisi bilmir sabah onları nə gözləyir, hansı təlatümlə üzləşə bilərlər. Bu səbəbdən də ermənilər Ermənistanı tərk edirlər.

Digər tərəfdən, hazırda Ermənistan 3-5 min belə qaçqın qəbul etmək imkanına malik deyil, ona görə də min bir bəhanə ilə Suriya qacqınlarını qəbul etmək istəmir. Qaynar xətt yaradılması, operativ tədbirlər görülməsi barədə informasiyalar görüntü xarakteri daşıyır. Ermənistan Suriya ermənilərindən istifadə etdi və onları atdı. Paşinyan da belə məsələlərdə pərgardır.

Bir faktı da xatırlatmaq yerinə düşər ki, Qarabağı könüllü şəkildə tərk edən ermənilərin xeyli hissəsi ilk 1-2 ay ərzində Ermənistanı da tərk eləmişdi. Əvvəl bu barədə rəqəmləri elən etdilər, onda məlum oldu ki, həmin əhalinin 15 faizi artıq bu ölkədə yoxdur. Sonradan o statistikanı vermədilər. Amma aydın məsələdir ki, Qarabağdan gələn ermənilərin böyük əksəriyyəti Ermənistanı artıq tərk edərək yaşamağın daha rahat olduğu ölkələrə pənah aparıb. Onların xeyli hissəsi də Rusiyaya gedib. Üstəlik, yerli ermənilər də ölkəni tərk edirlər. Ona görə də hesab etmirəm ki, Suriyadan Ermənistana 10-15 min erməni gəlsin. Çünki onların Suriyada sayı 2015-ci ildə cəmi 20 min təşkil edib, indi yəqin bir qədər də azalıblar. Gələnlər də çox güman ki, Ermənistanda qərar tutmayacaqlar, buradan tranzit ölkə kimi istifadə edib, daha yaxşı yaşamaq imkanı verən ölkələrə köçəcəklər. Bu səbəbdən Suriyadan gələn erməni köçünün çoxsaylı olacağına inanmıram. İkuncisi də, onların Ermənistanda və bölgədə hər hansı bir fəsad törədə biləcəyinə də inanmıram. Fikrimcə, "erməni maşınının" fəsad törətməsinin sonu gəlib. Bundan sonra ermənilər xırda təxribatlar törədə bilər, onlar ciddi fəsadlar törətmək imkanına malik deyillər".

Dəniz NƏSİRLİ





Избранный
30
baki-xeber.com

1Источники