RU

İstehlaka yararsız ətin satışının qarşısı alınıb - FOTO

Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən yerli icra orqanlarının əməkdaşları ilə birgə Ağcabədi rayonunun Aşağı Avşar kəndində İsmayılov Cəmil Yunis oğluna məxsus həyətyanı sahədə keçirilən monitorinq zamanı istehlaka yararsız ət məhsulları və normativ-hüquqi aktların tələblərinə cavab verməyən kustar üsullarla təchiz edilmiş metal konstruksiyalı kəsim qurğuları aşkarlanıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, satış məqsədilə kəsimi həyata keçirilmiş heyvanın aqoniya halında kəsilməsinə və bakterioloji çirklənməsinə əsaslı şübhələr yarandığı üçün monitorinq zamanı ümumilikdə 171 kiloqram ət və subməhsulu (heyvanın daxili orqanları) müsadirə olunub.

Müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Mənşəyi məlum olmayan ətin geri qalan hissəsi isə saxlanca qoyulub.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Araşdırmalar davam etdirilir.

Избранный
8
14
avtosfer.az

10Источники