RU

Suriyanın bütün əraziləri hökumətin nəzarətində olmalıdır -

Suriyadakı hakimiyyəti ələ keçirən Heyət Təhrir əl-Şamın Siyasi İşlər İdarəsinin sözçüsü Ubeyde Arnavut açıqlamalar verib. Metbuat.az xəbər verir ki, o bildirib ki, Suriyanın bütün əraziləri hökumətin nəzarətində olmalıdır. Arnavutun sözlərinə görə, Heyət Təhrir əl-Şam ölkənin hər hansı hissəsinin hökumətin nəzarətindən kənarda qalmasını qəbul etmir. O, Heyət Təhrir əl-Şamın artıq silahlı təşkilat kimi fəaliyyət göstərmədiyini və idarəedici qurum kimi fəaliyyət göstərdiyini vurğulayıb. Aranvut, bildirib ki, Heyət Təhrir əl-Şam Suriyanı idarə etmək rolunu öz üzərinə götürmək üçün silahlı təşkilat kimi fəaliyyət göstərmək məsələsini geridə qoyub.

Qeyd edək ki, bu açıqlamalardan sonra Suriyanın şimal-şərqindəki YPG/PKK-ya bağlı Suriya Demokratik Qüvvələri ictimai binalarda yeni Suriya bayrağını dalğalandıracaqlarını açıqlayıb.

Избранный
10
40
metbuat.az

10Источники