RU

"Veysəloğlu Şirkətlər Qrupu" işçilər axtarır - VAKANSİYALAR

Veysəloğlu Şirkətlər Qrupu

Təchizat üzrə aparıcı mütəxəssis (İT satınalmaları üzrə)

Son tarix 13 yan 2025 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Şirkət və onun layihələri adından IT materialların/xidmətlərin alınmasına, xərclərin optimallaşdırılmasına, nəzarət etmək
  • Layihə satıcılarının siyahısının müəyyən edilməsində əməkdaşlıq etmək
  • IT üzrə bazar və məhsul araşdırması və xərclərin təhlilini aparmaq
  • Müraciət edən şöbə ilə xüsusi satınalma ehtiyaclarını və spesifikasiyalarını həll edilməsi
  • Satıcıların şərtlərini təhlil etmək
  • Fəaliyyətlərin gedişatı haqqında dövri hesabatlar və ya sorğu keçirtmək
  • İT sahəsi üçün təchizatçıların qiymətləndirmə və seçim proseslərini maraqlı tərəflərlə sıx koordinasiyada idarə etmək
  • İT bazarını başa düşmək və İT təchizatçılarının münasibətlərini idarə etmək
  • Təchizatçıların bankın qanuni tələblərinə, uyğunluğuna və etik qaydalarına riayət etməsini təmin etmək
  • Birbaşa rəhbər tərəfindən verilən şifahi və yazılı tapşırıqları yerinə yetirmək

Tələblər:

  • Ali təhsil .
  • İT satınalma sahəsində minimum 1 il iş təcrübəsi
  • CIPS sertifikatının mövcudluğu üstünlükdür
  • Rus və İngilis dil biliyi üstünlükdür
  • MS Office-in mükəmməl səviyyəsi (MS Excel və MS Power Point)
  • Son istifadəçiyə qədər olan təchizat prossesini yaxşı bilmək.
  • Təşkilat üçün qənaətin əldə edilməsi məqsədilə güclü ünsiyyət bacarıqları
  • İT Müqavilələr ilə işləmə təcrübəsi (müqavilələrin hazırlanmasından, imzalanma və icrasına qədər)
  • Təchizatçı performansının idarəedilməsi və müştəri idarəedilməsində təcrübə
  • Problemləri həll edə bilmə bacarığı və prossesləri davamlı olaraq təkmilləşdirməyə yönümlü olmaq
  • Komandada işləmək bacarığı
  • Böyük İT xidmət təminatçıları ilə çalışmaq / əməkdaşlıq etmək təcrübəsi

İş şərtləri:

  • İş məkanı: Azure Plaza
  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Nahar: Təmin edilir

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Təchizat üzrə aparıcı mütəxəssis (İT satınalmaları üzrə)” yazmaqla, öz CV-lərini [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.

 

İnformasiya təhlükəsizliyi üzrə aparıcı mütəxəssis

 Son tarix 13 yan 2025 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Şöbə işçilərinə metodoloji köməklik göstərmək, Şöbə müdiri olmadıqda onu əvəz etmək
  • Yeni qurulacaq sistemlər üçün informasiya təhlükəsizliyi tələblərini və elementlərini müəyyənləşdirmək
  • Şirkətin informasiya sistemlərindəki məlumatlarının əlçatanlığına, məxfiliyinə və tamlığına təsir edən  təhlükəsizlik insidentlərini idarə etmək
  • Baş vermiş əsas təhlükəsizlik insidentlərini araşdırmaq və qarşısının alınması üçün tədbirlər görmək
  • Loqların tətbiqi mexanizmlərini (rule) hazırlamaq və tətbiqinə nəzarət etmək
  • Bütün informasiya sistemlərinin və infrastrukturun SİEM Monitorinq sisteminə qoşulmasını təmin etmək
  • SİEM Monitorinq sisteminə baxış keçirməklə sistemlərdə baş vermiş informasiya təhlükəsizliyi üzrə insidentləri araşdırmaq
  • -Məlumatların sızmasından mühafizə (DLP) sistemlərinin  tətbiqində iştirak etmək
  • Şirkətin fəaliyyətinin informasiya təhlükəsizliyinin siyasəti ilə uyğunluğunu təmin etmək
  • Müvafiq təhlükəsizlik prosedurları, standartları və qaydalarını müəyyən edərək Şirkətin təhlükəsizlik konsepsiyasının müvafiq icrasını təmin etmək
  • Ən yaxşı təcrübədən istifadə etməklə Şirkət üçün məlumat təhlükəsizliyi standartlarının təkmilləşdirilməsində iştirak etmək
  • İnformasiya təhlükəsizliyi üzrə yerli və beynəlxalq qanunlar ilə uyğunluğa nəzarət etmək
  • Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görmək

Tələblər:

  • DLP həlləri ilə bağlı iş təcrübəsi;
  • EDR həlləri ilə işləmə bacarığı;
  • SIEM həlləri ilə bağlı iş təcrübəsi;
  • Vulnerability scanning proqram təminatı ilə işləmə bacarığı;
  • Yeni nəsil firewall-lar (NGFW) ilə işləmə bacarığı;
  • Veb təhlükəsizlik (Web Application Firewall) haqqında bilgilərin olması;
  • Azure Cloud bilikləri (arzuolunandır);
  • Əməliyyat sistemlərinin təhlükəsizliyi barədə biliklər;
  • Şəbəkə təhlükəsizliyi ilə bağlı biliklər;
  • İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər;
  • Azərbaycan dili, ingilis dili (texniki) biliklər;
  • Komandada işləmə bacarığı.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “İnformasiya təhlükəsizliyi üzrə aparıcı mütəxəssis” yazmaqla, öz CV-lərini [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.

 

IT Siyasətlərin və Proseslərin İdarəedilməsi Mütəxəssisi

 Son tarix 13 yan 2025 [email protected]

Vəzifə öhdəlikləri:

  • Təşkilatın strateji məqsədlərini dəstəkləyən effektiv İT idarəetmə çərçivəsini inkişaf etdirmək, həyata keçirmək və dəstəkləmək.
  • İT siyasətlərini, prosedurlarını və standartlarını yaratmaq və dəstəkləmək
  • İT normativ sənədlərinin nəşri və dövri təftişi
  • İT ilə bağlı riskləri müəyyənləşdirilməsi və qiymətləndirilməsi və risklərin azaldılması strategiyalarının  hazırlanması və həyata keçirilməsi üçün çalışmaq.
  • Beynəlxalq standartlar və təcrübələr çərçivəsində (ISO, ITIL, Cobit) Boşluq Analizinin (Gap Analysis) keçirilməsi və uyğunluğun təmin edilməsi üçün təkliflərin verilməsi və icrası
  • İş fəaliyyəti çərçivəsində risklərin və nəzarətlərin qurulmasında iştirak etmək, təkmilləşdirilməsi üzrə təkliflər vermək
  • Mövcud proseslərin, məhsulların, sistemlərin və xidmətlərin auditinin planlaşdırılmasına və icrasına kömək etmək
  • İşçilərin İT idarəetmə siyasət və prosedurlarını mənimsəmələri və onlara əməl etmələrini üçün təlim və məlumatlandırma proqramları təmin etmək
  • İT idarəetməsində sənaye tendensiyaları və ən yaxşı təcrübələrdən xəbərdar olmaq və təkmilləşmələr üçün təkliflər vermək

Tələblər:

  • Ali Təhsil (İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya müvafiq sahədə)
  • İT idarəetmə prinsipləri və çərçivələri (məsələn, COBIT, ITIL) üzrə əsas biliklər üstünlükdür.
  • Əla ünsiyyət bacarığı.
  • Mürəkkəb problemləri həll etmək bacarığı ilə analitik düşüncə tərzi.
  • Komanda mühitində birgə işləmək bacarığı

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “İT Siyasətlərin və Proseslərin İdarəedilməsi Mütəxəssisi” yazmaqla, öz CV-lərini [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.

 

Senior Auditor

 Son tarix 13 yan 2025 [email protected]

Öhdəliklər

  • Audit layihəsinin icrasında birbaşa məsul şəxs qismində fəaliyyət göstərmək.
  • Audit subyektində maliyyə və əməliyyat risklərini, o cümlədən fırıldaqçılıq riskini qiymətləndirmək.
  • Audit layihəsinin əhatə dairəsini, audit proqramının hazırlanmasını və xətti rəhbərlə razılaşdırmaq.
  • Audit müşahidələrinin, risk göstəricilərinin, tövsiyyələrin təqdim olunduğu ilkin audit hesabatını hazırlamaq.
  • Tabeçiliyində olan daxili auditorlar tərəfindən həyata keçirilən işləri dövri olaraq yoxlamaq
  • Tabeçiliyində olan daxili auditorların fəaliyyətinin qiymətləndirilməsi və onların iş və bacarıqlarının təkmilləşdirilməsi üçün tövsiyyələr vermək
  • Nəzarət sistemlərinin efektivliyini və səmərəliliyini qiymətləndirmək
  • Nəzarət sistemlərində olan boşluqları müəyyən etmək və müvafiq audit müşahidələrini ətraflı təsvir etmək
  • Maliyyə hesabatlarının qəbul olunmuş standartlara və/və ya Qrupun uçot/hesabatlılıq qaydalarına uyğun hazırlanmasını yoxlamaq
  • Müəyyən edilmiş audit müşahidələrinin dəstəkləyici dəlillərini və hesablamalarını əldə etmək və qaydalara uyğun sənədləşdirmək
  • Audit prosedurlarının icrasının və sənədləşdirilməsinin qüvvədə olan Daxili Audit təlimatlarına və qaydalarına uyğun aparılmasını təmin etmək
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları icra etmək üzrə profilaktik və gündəlik işləri icra etmək.

Tələblər

  • Ali iqtisadi təhsil;
  • Daxili və ya xarici audit, pərakəndə satış və istehsalat sektorlarında 3 il maliyyə, mühasibatlıq, büdcə  və hesabatlılıq təcrübəsi;
  • Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;    
  • Mühasibat uçotu və hesabatlılıq üzrə nəzəri biliklər;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili biliyi üstünlükdür);
  • Microsoft Excel proqramında sərbəst işləmək bacarığı (Power BI bilikləri üstünlükdür);
  • Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür.

Maraqlananlar vakansiya ilə bağlı cv-lərini “Senior Auditor” başlığı altında [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.

Избранный
51
fed.az

1Источники