RU

Azərbaycanda 20 yaşlı gənc toyu yasa döndərdi

Yevlaxda toyda tanışını qətlə yetirməkdə təqsirləndirilən 20 yaşlı oğlanın məhkəmə prosesi yekunlaşıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Tahir Abdullayev 18 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Qeyd edək ki, hadisə bu il iyunun 10-da Yevlax rayonunda toyda baş verib. 2004-cü il təvəllüdlü Tahir Abdullayev həmyerlisi 2000-ci il təvəllüdlü Elmir Abışova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib. Elmir Abbasov xəstəxanaya aparılırakən yolda ölüb. Tahir Abdullayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılsa da, sonradan təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə ittiham olunub.

Избранный
13
24
axar.az

10Источники