RU

Ürəyi dayanan 22 yaşlı futbolçu evə buraxıldı

Matç zamanı ürəyi dayanan İtaliyanın "Fiorentina" klubunun futbolçusu Edoardo Bove xəstəxanadan evə buraxılıb.

Milli.Az xəbər verir ki,  Fiorentina-nın yarımmüdafiəçisi Careggi xəstəxanasından çıxıb və çıxarıla bilən defibrilator implantasiyası əməliyyatını uğurla keçib.

Bu gün Bove xəstəxana ilə vidalaşıb və nəhayət evinə dönüb.

Gələcəyi ilə bağlı xəbərlər gözlənilsə də, iki həftə öncə Fiorentina ilə İnter arasında keçirilən matç zamanı yıxılan 22 yaşlı futbolçu üçün ən çətin günlər artıq geridə qalıb.

Lalə Qüdrətova
Milli.Az 

Избранный
18
milli.az

1Источники