Bakıda daha bir ərazidə evlər söküləcək.
Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Yasamal rayonu, Təzəpir məscidi ətrafındakı ərazilərdən gedir.
Məlumata görə, Mərkəzi Parkın davamı olaraq planlaşdırılan bu layihə Süleyman Tağızadə, Abdulla Şaiq və Nabat Aşurbəyova küçələrini əhatə edəcək.
Layihənin icrası ilə bağlı tender müsabiqəsi elan edilib. Layihənin icra prosesi ilə bağlı əlavə məlumatlar yaxın günlərdə açıqlanacaq.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında: