Ukrayna Rusiya ərazisinə kütləvi PUA hücumu həyata keçirib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri gecə saatlarında Ukraynaya məxsus 37 PUA-nı məhv edib.
Kursk vilayəti və Krasnodar diyarı ərazilərində hərəsində 12, və ələ keçirilib, 7-si Bryansk vilayətində 7, Oryol vilayətində 5, və Azov dənizi üzərində isə 1 PUA vurulub.
Oryol vilayətində Ukrayna PUA-larının hədəfi yanacaq infrasturukturu olub. Nəticədə yanğın baş verib. PUA-nın hücumu nəticəsində tələfatın olmadığı açıqlanıb.