RU

AzMİU-da kibertəhlükəsizlik üzrə təlim keçirildi

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) universitetin İKT Mərkəzinin Treyninq və Sertifikatlaşdırma Şöbəsinin təşkilatçılığı ilə kibertəhlükəsizlik mövzusunda maarifləndirici və praktik təlim keçirilib. Universitetin əməkdaşları üçün təşkil edilən təlim kibertəhlükəsizlik və kibergigiyena mövzularına həsr olunub.

 

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

Kibertəhlükəsizlik üzrə mütəxəssis, ekspert Rövşən Məlikovun təqdimatı ilə keçirilən təlimdə müasir dövrün ən vacib məsələlərindən biri olan virtual təhlükəsizlik ön plana çəkilib. Şəxsi və təşkilati məlumatların qorunması yolları, kibertəhlükələrin müxtəlif növləri və onlardan qorunma üsulları barədə ətraflı məlumat verilib. Mütəxəssis iştirakçılara məlumatların təhlükəsizliyinin təmin edilməsinin vacibliyi, güclü şifrələmə, təhlükəsiz əlaqə protokolları və kibergigiyena prinsipləri barədə praktiki tövsiyələr verib.

AzMİU-da son illər rəqəmsal transformasiya istiqamətində bir sıra mühüm işlər görülüb. Universitetin rəqəmsal texnologiyaların tətbiqi, elektron universitet quruculuğu və informasiya sistemlərinin inkişafı sahəsindəki nailiyyətləri daha qabaqcıl və müasir standartlara cavab verən tədris mühiti formalaşdırıb. Bu təlim də universitetin rəqəmsal dünyaya uyğunlaşması məqsədilə həyata keçirilib.

Qeyd edək ki, AzMİU-da davamlı olaraq rəqəmsal infrastrukturun gücləndirilməsi və elektron universitetin inkişafı istiqamətində əsaslı addımlar atılmaqdadır.

Избранный
3
2
azedu.az

3Источники