Türkiyə Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən Nizam-İntizam Komitəsi ötən həftə oynanılan 15-ci turla bağlı sövqləri açıqlayıb.
Təbii ki, ilk növbədə ''Sivasspor'' - ''Qalatasaray'' oyunu (1:3) ilə bağlı sövqlər maraq doğururdu. Çünki həmin qarşılaşmanın son anlarında ''Sivasspor''lu Rey Manay Barış Alpər Yılmaza qarşı olduqca kobud bir hərəkətə yol vermişdi. Hakimin isə epizodu hətta monitordan izlədikdən sonra da Manaya qırmızı vərəqə göstərməməsi futbol ictimaiyyətini belə desək, ayağa qaldırmışdı.
Maraqlıdı ki, ''Qalatasaray'' fanatların çirkin və təhqiramiz təzahüratları, qonaqlar üçün ayrılan tribunada pilləkənların boş buraxılmaması, 5 futbolçunun sarı, 1 futbolçunun qırmızı vərəqə alması üzündən komanda şəklində NİK-ə sövq edildiyi halda Manay sövq edilməyib. Əslində bunu gözləmək olardı. Çünki albaniyalı futbolçunun hərəkəti hakim raportunda qeyd olunmayıb. Ona görə də belə olan halda Türkiyədə NİK-ə sövq edilmə baş vermir. ''Qalatasaray'' yalnız Etika Komitəsinə şikayət edə bilər ki, bu komitənin verdiyi cəzalar da çox cüzi olur. Maraqlıdı, görəsən federasiya prezidenti İbrahim Hacıosmanoğlu ''günahkarlar cəzasını çəkəcək'' dedikdə kimi nəzərdə tuturdu?
Çox güman ki, ''qurbanlıq qoyun'' yalnız hakim olacaq. Həmin oyunun hakimi Turqut Domanın əvvəlcə dərəcəsi əlindən alınacaq və sonra da onun karyerası başa çatdırılacaq. Bu ədalət təmsilçisinə bundan sonra heç bir liqada oyun verilməyəcək.
ƏLİ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта