RU

Ayı ovçunu parçaladı

Rusiyanın Primorski vilayətinin Kirov rayonunda ayı ovçunu parçalayıb.

KONKRET.az yerli mediaya istinadla xəbər verir ki, hadisə dekabrın 13-də baş verib. Ovçu Kirov rayonundakı qəsəbədən 11 km aralıda ayını izləyirmiş. O, ayının yuvasını tapandan sonra atəş açıb. Ayı mağaradan çıxsa da, ovçunun silahı sıxılıb.

Nəticədə yırtıcı adamı parça-parça edib. Onu xilas etmək mümkün olmayıb. İlkin məlumatlara görə, bu, iri erkək qonur ayı olub. Heyvan güllə yarası almayıb. Ovçuluq müfəttişləri, Kirov ovçuların və balıqçıların ictimai təşkilatı ilə birlikdə xüsusi təlim keçmiş itlərlə yırtıcı heyvanı izləyirlər.

Избранный
53
1
konkret.az

2Источники