Matias Varqas karyerasını yenidən Türkiyədə davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, vingerlə "Trabzonspor" yaxından maraqlanır.

Hazırda "Şanxay Port" klubunda çıxış edir. Lakin yarımmüdafiəçinin müqaviləsi qışda başa çatacaq. Argentinalı Türkiyə klubundan illik 2,5 milyon avroluq maaş tələb edir.

"Trabzonspor" isə bu məbləği 1,5 milyona endirməyə çalışır.

Qeyd edək ki, Matias bu mövsüm meydana çıxdığı 38 qarşılaşmada 18 qol vurub, 14 məhsuldar ötürmə edib.