Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunub.
Paralel.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, Elnur Məzahir oğlu Abdullayev sözügedən vəzifəyə gətirilib.
Yeni direktor bu gün kollektivə təqdim edilib.
Elnur Abdullayev bundan əvvəl xəstəxanada direktor müavini-baş həkim vəzifəsində çalışıb.