Bakı, TurkicWorld
2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən Gürcüstana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq, 77 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin noyabr ayında Türkiyədən Gürcüstana 7,1 milyon dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 18,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6,4 faiz azalaraq, 4 milyard dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 346 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 0,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023 – noyabr 2024) Türkiyə 4,3 milyard dollar məbləğində sement ixrac edib.