RU

Ankaranın strateji məqsədi Suriyadakı kürd qüvvələrini məhv etməkdir

Ankara Suriyanın şimalında fəaliyyət göstərən və Kürdüstan Fəhlə Partiyasının (Türkiyədə terror təşkilatı kimi tanınan) qolu kimi qələmə verdiyi Xalq Müdafiə Birliklərini (YPG) məhv etməyi özünün strateji məqsədi kimi görür.

Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan dedi.

O, müsahibəsində "YPG-nin aradan qaldırılması bizim strateji hədəfimizdir. YPG-li qeyri-suriyalı ünsürlər ən qısa zamanda ölkəni tərk etməlidirlər. YPG komandanlığı da ölkəni tərk etməlidir. Və qalmaq istəyənlər silahlarını təslim etməlidirlər" - deyib.

Türkiyə rəsmiləri daha əvvəl bildirmişdilər ki, Türkiyə ilə Suriya arasındakı 600 kilometrlik sərhəd hissəsinə nəzarəti təmin etmək və qonşu ölkədən gələn terror təhdidlərini minimuma endirmək üçün Suriyanın şimalında bufer zonanın yaradılmasını başa çatdırmağı planlaşdırırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
34
olaylar.az

1Источники