RU

Argentina Prezidenti Xavyer Miley İtaliya vətəndaşlığı alıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İtaliya hökuməti Argentina Prezidenti Xavyer Mileyə vətəndaşlıq verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Il Post" nəşri məlumat yayıb.
Məlumata görə, X.Mileyin İtaliya kökləri var - ata tərəfdən nənə və babası İtaliyanın cənubundakı Kalabriya əyalətindən olublar və XX əsrin əvvəlində Argentinaya mühacirət ediblər.
İtaliyalı ekspertlər qeyd ediblər ki, İtaliyanın Baş naziri Corcia Meloni üçün bu qərar həm də Argentina ilə əlaqələri gücləndirmək üçün diplomatik addımdır.
Избранный
33
42
oxu.az

10Источники