Almaniya Futbol İttifaqı “Bavariya”nı 20 min avro cərimə edib. Manset.az xəbər verir ki, buna səbəb komandanın Bundesliqanın 8-ci turunun “Bohum”la oyununa gecikməsi (5:0) olub. “Bavariya”nın oyunçuları avadanlığın yoxlanılması səbəbindən futbol meydançasına gec çıxıblar. Ümumilikdə oyunun başlaması iki dəqiqə gecikib. Bundesliqa lideri hətta belə bir qərardan apellyasiya şikayəti verib, lakin klub rədd cavabı alıb. Xatırladaq ki, “Bavariya” 33 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.