RU

Bakı Təşəbbüs Qrupunun hesabatında kolonizasiya ərazilərinin sayı çoxalacaq

Növbəti illərdə Bakı Təşəbbüs Qrupunun (BTQ) hesabatında kolonizasiya ərazilərinin sayı daha çox olacaq.

Lakin biz düşünürük ki, bu say azalmalıdır və belə ümid edirik ki, 5-10 il ərzində kolonizasiya bölgələri üçün hesabata ehtiyac qalmayacaq

"Cebheinfo.az", xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov 14 dekabr - Dekolonizasiya Gününə həsr edilən hesabat təqdimatında çıxışı zamanı deyib.

O qeyd edib ki, Bakı Təşəbbüs Qrupu 2024-cü ildə 17 beynəlxalq konfrans keçirib.

"Bu konfransların bəziləri BMT qərargahlarında, Nyu-Yorkda, Cenevredə baş tutdu. Həmçinin, təşkilatımız beyin mərkəzi olaraq da fəaliyyət göstərir. Komandamız bu il 7-dən çox hesabat hazırlayaraq aidiyyəti qurumlara təqdim edib.

Bu hesabatlar çox uğurlu nəticələr əldə etdi. BMT-nin İnsan hüquqları komitəsi ilk dəfə Fransa hökumətindən Martinik və Yeni Kaledoniyadakı silahlı qüvvələr, qeyri-qanuni həbslərlə bağlı sübutlu hesabat istədi. Son 5-10 il ərzində Fransa hökuməti qarşısına belə bir tələb qoyulmamışdı".

"Cebheinfo.az"

Избранный
4
4
cebheinfo.az

5Источники