Beynəlxalq Cüdo Federasiyasının (IJF) təşəbbüsü ilə bu gün İstanbulda texniki seminar başlayacaq.
İdman.biz xəbər verir ki, yeni olimpiya tsiklində qaydalara dəyişikliklərlə bağlı təkliflərə baxılacaq.
Seminarda 2025-ci ilin birinci yarısında turnirlərdə sınaqdan keçiriləcək yeniliklər təqdim olunacaq. Yeniliklərlə bağlı yekun qərar 2025-ci ildə Budapeştdə keçiriləcək dünya çempionatından sonra veriləcək.
Seminar məşqçilər, hakimlər və ekspertlərin iştirakı ilə keçiriləcək. Azərbaycan nümayəndə heyətinə milli federasiyanın vitse-prezidenti Elnur Məmmədli və millinin baş məşqçisi Rixard Trautman başçılıq ediblər.
İdman.biz