RU

Nigar Arpadarai: İqlimlə bağlı tədbirlərin əsas məqsədindən biri də bu sahəyə özəl sektoru cəlb etmək idi

İqlimlə bağlı tədbirlərin əsas məqsədindən biri də bu sahəyə özəl sektoru cəlb etmək idi...

"Report" xəbər verir ki, bu sözləri COP29, BMT-nin İqlim Dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Bakıda keçirilən “Sənaye Təhlükəsizliyi Zirvəsi”də deyib.

O bildirib ki, COP29 kimi tədbirə Azərbaycanın ev sahibliyi etməsi ölkəyə göstərilən etimadın nəticəsidir:

"İqlim dəyişikliyi ilə mübarizə hər kəsə aid olan bir məsələdir. COP29 sədrliyi olaraq 14 təşəbbüs irəli sürmüşük. Bu, bütün sahələri əhatə edir. Burada əsas məqsədlərdən biri də Azərbaycanda olan özəl sektoru cəlb etmək idi. Biz, həmçinin Bakı İqlim Həftəsinə ev sahibliyi etdik. Bu tədbirlər çərçivəsində özəl sektora böyük rəğbət hiss etdik.

Bunun nəticəsi idi ki, 11 şirkət bir araya gələrək bəyanat imzaladı. Bura logistika, texnologiya şirkətləri və digərləri aiddir. Əgər "yaşıl iqdisadiyyat"a keçiddən danışırıqsa, burada riskləri də gözə almalıyıq. Bu tədbirin adı da xüsusi seçilib. "Sıfıra doğru" adı altında keçirilən bu tədbiri alqışlayırıq".

Poliqon.info 

Избранный
48
1
poliqon.info

2Источники