RU

Daha bir "Vaqner" vəhşiliyi: Həmkəndlisini çəkiclə öldürdü

Dmitri adlı keçmiş "Vaqner" döyüşçüsü Volqoqrad vilayətində dostunu çəkiclə döyərək öldürüb. Bu barədə “Ostorojno, novosti" Telegram kanalı məlumat yayıb. 

Qeyd edilib ki, Dmitri əvvəllər də oğurluğa görə məhkum olunubmuş. O, həbsxanada olarkən  məşhur keçmi  "Vaqner" Özəl Hərbi Şirkətinin döyüşçülərinə qoşularaq Ukraynaya getmək barədə müqavilə bağlayıb. Xidmətini başa vurduqdan sonra əfv olunub. O, doğma kəndi Katriçevə qayıdanda Mixail adlı bir adamla tanış olub. Bir gün birlikdə içki içməyə qərar veriblər.

Uzun sürən içki məclisi zamanı yeni tanış "Vaqner" döyüşçüləri haqqında xoşagəlməz ifadələr işlədib. Dmitri dostunun yuxuya getməsini gözləyib. Bundan sonra onu çəkiclə döyüb.

Qeyd edək ki, vaqnerçilər quvalt və ya çəkiclə adam öldürməyə xüsusi diqqət yetirirlər. Onların əsirləri, öz fərari döyüş yoldaşlarını quvaltla əzib öldürməsinə dair onlarla fakt var.

Tural

Избранный
43
news365.az

1Источники