Ukrayna millisinin sabiq qapıçısı Yuri Virt 2026-cı il dünya çempionatının seçmə mərhələsinin püşkatmasının nəticəsi barədə danışıb.
Fanat.Az xəbər verir ki, o, Azərbaycan və İslandiya seçmələrinin ölkəsinin seçməsi üçün uyğun komandalar olduğunu deyib:
"İslandiya və Azərbaycan milliləri bizim üçün ideal rəqiblərdir. Təbii ki, hər bir komandaya hörmətlə yanaşırıq. Digər rəqibimiz Fransa və ya Xorvatiya seçməsi olacaq. İstənilən halda, hər iki komanda da güclüdür. Ümid edirəm ki, 2025-ci ilə qədər rəqiblərimizi öz meydanımızda qəbul edəcəyik".
Qeyd edək ki, Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsində Ukraynaya qarşı ilk oyununu 2025-ci il, sentyabrın 9-da evdə keçirəcək.