RU

"Süni intellekt texnologiyaları dezinformasiya mənbəyinə çevrilə bilər" - Əhməd İsmayılov

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Dördüncü Beynəlxalq Strateji Kommunikasiya Sammiti - “Stratcom Summit 24” keçirilir.

Medianın İnkişafı Agentliyindən (MEDİA) "Unikal"a bildirilib ki, müasir texnologiyaların və süni intellektin kommunikasiya sahəsində təqdim etdiyi yeni imkanlara, təcrübələrə, yarada biləcəyi müxtəlif problemlərə diqqət çəkməyi hədəfləyən sammitdə strateji kommunikasiya sahəsi üzrə məsul şəxslər, qabaqcıl mütəxəssislər və peşəkarlar bir araya gəlib. Tədbirdə “Kommunikasiya və süni intellekt: Tendensiyalar, tələlər və transformasiya” mövzusu müzakirə edilir.

“Süni intellekt vasitəsilə dezinformasiyaya qarşı mübarizə: Dövlət strukturları üçün alətlər və strategiyalar” panel sessiyasında çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, süni intellekt texnologiyaları yayılan məlumatların analizində, faktların yoxlanılmasında, saxta xəbərlərin aşkarlanmasında uğurla istifadə olunmaqla yanaşı, asanlıqla dezinformasiya mənbəyinə çevrilə və təhdid halına gələ bilər.

Dekabrın 13-14-nü əhatə edən sammitdə süni intellektin yaratdığı imkanlar və risklər, ənənəvi mediada yeni texnologiyaların istifadəsi, yeni mediada məzmun istehsalı, dezinformasiya ilə mübarizə, informasiya təhlükəsizliyi, etik məsələlər, eləcə də əməkdaşlıq və informasiya mübadiləsinin gücləndirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılır.

Избранный
17
4
unikal.az

6Источники