RU

Müəllimlər niyə məktəb direktoru olmağa can atırlar

Hər bir bir müəllimin direktor olmasında heç bir qəbahət yoxdur.

Qəbahət ondadır ki, direktor olmaq istəyənləri təhsildən çox   var- dövlət qazanmaq istəyi  maraqlandırır. Onları  maraqlandırır ki, bir neçə ev alsınlar, təzə maşınlar əldə etsinlər. Bir sözlə, öz bizneslərini  qursunlar.Məktəb direktoru var ki, təqaüdə çıxanda dörd- beş obyekti olur və rahat oturub , həmin biznesini idarə  edir. Və mən hələ evlərinin sayını demirəm.

Heç məktəb direktorunun da dörd mərtəbəli evi olar? Biri soruşurmur ki, ay müəllim, bu dörd mərtəbəli evi hansı pulla tikdirmisən? Xüsusilə də Bakıda məktəb direktorları böyük imkana malikdir. Ona görə də çoxları direktorluğa can atırlar. Əksər direktorlar da qadınlardır.Hər hansı məktəbə  yurnalistin daxil olması çətin bir məsələdir. Kimsə, ora girə bilər, ancaq məktəb direktorunun razılığı ilə! Heç rayon məktəblərinə də hər adam daxil ola, bilməz.Çünki hər məktəbdə qapının ağzında Ərəbizəngi kimi bir  mühafizəçı qoyublar. Əgər kimsə, direktorurun icazəsi olmadan içəri keçsə, direktor o mühafizəçini elə həmin gün işdən qovar.

Bəzi məktəb direkrorlarının əlləm- qəlləm işləri bu gün də davam edir.  Sovet dönəmində məktəb direktoru olmağa çox  müəllimin marağı yox idi. Ona görə ki,  məktəblərdə indiki kimi  pul yerləri görünmürdü.  Və yuxarılar da  gəlib məktəb direktorunu kollektivdən seçirdi. Amma indi  kimi dindirsən  direktor olmaq istəyir. Belə ki, bu vəzifədə  pul var.

Bir gün həmin məktəbdə müəllim işləməyən kollektivə  direktor təyin edilir.Ona görə də yeni direktorla müəllimlər yola getmir və narazılıqlar yaranır.  Və nə vaxta qədər ki, indiki metodla məktəblərə  direktor təyin edilir, kollektivin rəyi nəzərə alınmır, yeni direktorlar da məktəbə biznes  marağı ilə yanasır, bu narazılıqlar davam edəcək!!!

Emil Faiqoğlu         

Избранный
23
adalet.az

1Источники