Bakı. Trend:
"Bakı metropoliteni"nin əməkdaşı vəfat edib.
Trend xəbərverir ki, bu barədə qurum məlumat yayıb.
"Səhər saat 5:30-da iş vaxtı bitərək, "İnşaatçılar"stansiyasında iş yerini tərk etmiş Bakı metropoliteninin tunelqurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də "Koroğlu"stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacıolduğunu bildirib.
Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbiyardım xidməti çağırılıb. Bütün müvafiq tədbirlər görülsə də, SalehMəmmədov dünyasını dəyişib", - metropolitendən bildirilib.