RU

BTQ gələn il Reünyon ilə əməkdaşlığa başlaya bilər

Bakı, TurkicWorld

2023-cü ilin sentyabr ayında fəaliyyətə başladıqda, dənizaşırı ölkələr və Korsika ilə əməkdaşlığa başlamışdıq. Daha sonra 2023-cü ilin sonunda Qəmər Adaları İttifaqı ilə sıx əməkdaşlığa başladıq.

TurkicWorld xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Dekolonizasiya Günü münasibətilə BTQ-nin genişmiqyaslı hesabatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, artıq əməkdaşlıq etdikləri regionların sayı 14-ə çatıb.

"Təbii olaraq, bu ərazilərin daha da çoxalması bir tərəfdən müsbət, bir tərəfdən də mənfi haldır. Çünki bu ərazilərin çoxalması o deməkdir ki, nə qədər ərazilər, nə qədər xalqlar hələ də müstəmləkəçilik əsarəti altında saxlanılır. Amma düşünürəm ki, məsələn, biz növbəti ildə Reünyonla da artıq əməkdaşlığa başlayacağıq.

Bu, artıq növbəti bir ərazi, növbəti bir regiondur. Bu, qaçılmaz bir fəaliyyət istiqamətidir və düşünürəm ki, 2025-ci ildə də coğrafiya baxımdan Bakı Təşəbbüs Qrupunun əməkdaşlığı genişlənəcək. Biz çalışacağıq ki, kolonializm və neokolonializm siyasətindən əziyyət çəkən regionlara və xalqlara beynəlxalq hüquq çərçivəsində öz dəstəyimizi göstərək", - deyə o əlavə edib.

Избранный
21
1
turkic.world

2Источники