RU

MSK “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb

Mərkəzi Seçki Komissiyası (MSK) 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Azərbaycan və ingilis dillərində “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb.

MSK-dan Adalet.az-a verilən məlumata görə, layihənin həyata keçirilməsində başlıca məqsəd bələdiyyə seçkilərini izləyəcək müşahidəçiləri məlumatlandırmaq, onlara metodiki köməklik göstərmək və sərbəst fəaliyyətlərini daha da təkmilləşdirməkdən ibarətdir.

Nəşrdə Seçki Məcəlləsinin əsas aidiyyəti müddəa və anlayışlarının izahı verilib, müşahidə aparılmasına dair qanunvericiliklə müəyyənləşdirilmiş prinsiplər əks olunub, eyni zamanda müşahidəçilərin hüquq və vəzifələri aydın şəkildə göstərilib.

Yaddaş kitabçası Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi müvafiq normativ xarakterli aktlar əsasında tərtib olunub.

“Müşahidəçilər üçün yaddaş”ı aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək olar.

Избранный
9
19
adalet.az

10Источники