Goranboyda 43 yaşlı kişi bədənin kəsilmiş deşilmiş yaraları ilə Goranboy rayon Mərkəzi Xəstəxanasna yerləşdirilib.
Bizim. Media-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Qazanbulaq qəsəbəsində baş verib.
Münaqişə zəminində Kəlbəcər rayon sakini 2000-ci il təvəllüdlü İsmayıl Süleymanov Qazanbulaq qəsəbəsi ərazisində qonşusu 1981-ci il təvəllüdlü Vahid Nağıyevə bıcaqla xəsarət yetirib.
Zərərçəkən dərhal əməliyyata götürülüb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта