RU

"Azercell" abunəçilərinin nəzərinə

Bakı. Trend:

Son zamanlar özünü “Azercell Telekom” MMC və ya rəsmi dilerəməkdaşı kimi təqdim edən şəxslərin, “WhatsApp” mesaj mübadiləsistemi və digər əlaqə kanallar üzərindən yeni xidmətlərinistifadəsi və tətbiqlərin yenilənməsi, saxta yolla nömrə təklifi vəsatışı ilə bağlı dələduzluq niyyəti olan cəhdlər iləqarşılaşdıqlarına dair məlumatlar yayılır.

“Azercell Telekom” MMC məsələ barədə açıqlama yayıb.

"Nəzərinizə çatdırırıq ki, bəzi abunəçilərimizin son zamanlarözünü “Azercell Telekom” MMC və ya rəsmi diler əməkdaşı kimi təqdimedən şəxslərin, “WhatsApp” mesaj mübadilə sistemi və digər əlaqəkanallar üzərindən yeni xidmətlərin istifadəsi və tətbiqlərinyenilənməsi, saxta yolla nömrə təklifi və satışı ilə bağlıdələduzluq niyyəti olan cəhdlər ilə qarşılaşdıqlarına dairməlumatlar əldə edirik. Qeyd olunan xoşagəlməz halların şirkətimizilə heç bir əlaqəsi olmadığını nəzərə almağı və oxşar hal iləqarşılaşdıqda zərərçəkmiş şəxslərə dərhal hüquq mühafizəorqanlarına müraciət etməyi tövsiyə edirik.

Göstərilənlər ilə əlaqədar “ Azercell Telekom” MMC abunəçiləriniaşağıdakı təhlükəsizlik şərtlərinə riayət etməyə çağırır:

Tanımadığınız və qeyri-rəsmi şəxslər tərəfindən, saxta vəcəlbedici şərtlər ilə nömrə təklifi edən və ya məlumat almaqməqsədilə edilən zənglərə qarşı diqqətli olun;

Naməlum şəxslərdən gələn zəng və ya SMS-lər əsasında ödənişləretməyin;

Azercell (və ya digər şirkət/şəxs) adından gələn zənglərin rəsmiolduğuna əmin olmadan heç bir tədbir görməyin;

Etibar etmədiyiniz mənbələrlə şəxsiyyət vəsiqəsininməlumatlarını paylaşmayın;

Şübhəli məzmunlu internet saytlardan istifadə etməyin və oradakeçirilən müxtəlif oyun, yarışma və s. yararlanmayın;

SMS, “Whatsapp” və sair əlaqə vasitəsilə göndərilən mesajlardaşübhəli linklərə keçid etməyin;

Etibar doğurmayan internet resurslardan istifadə etməyin;

Mesaj mübadilə sistemləri və sosial şəbəkələrdə ikiqatautentifikasiya aktivləşdirin;

Xidmətlərdən istifadə ilə əlaqədar əldə edilən şifrələri 3-cüşəxslərə bildirməyin;

Hər hansı çətinliklə qarşılaşdıqda dərhal bu barədə müvafiqtətbiqin aidiyyəti sosial şəbəkə/mesaj mübadilə sisteminin YardımMərkəzinə müraciət edin", - qurumdan bildirilib.

Избранный
13
2
az.trend.az

7Источники