Qırğızıstan - Özbəkistan - Türkmənistan marşrutu üzrə Xəzər dənizinə qədər uzanacaq, daha sonra Azərbaycan və Türkiyəyə genişləndiriləcək nəqliyyat dəhlizinin yaradılması üzrə işlər aparılır.
Axar.az xəbər verir ki, bu sözləri Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov öz açıqlamasında deyib.
Berdiməhəmmədov eyni zamanda tezliklə Azərbaycana elektrik enerjisinin nəqlinin mümkün olacağını qeyd edib.