RU

Zaxarova MAQATE-yə hücumdan danışdı: Diqqəti yayındırmağa çalışırlar

Kiyev MAQATE-də nüvə elektrik stansiyaları ilə bağlı qəbul etdiyi qətnamə vasitəsilə dünyanın diqqətini agentlik işçilərinə hücumdan yayındırmağa ümid edir.

Publika.az xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Diplomat qeyd edib ki, dekabrın 12-də Ukraynanın təşəbbüsü ilə MAQATE-nin Rəhbərlər Şurasının növbədənkənar sessiyası çağırılıb və orada Kiyevin təqdim etdiyi AES-ə dair qətnamə layihəsi hazırlanıb.

Onun sözlərinə görə, bu yolla Kiyev rejimi “bütün gücü ilə” beynəlxalq diqqəti törətdiyi cinayətdən yayındırmağa çalışır.

Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov Atom Elektrik Stansiyalarının təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən qeyri-sabit enerji infrastrukturunun nəticələrini müzakirə etmək üçün MAQATE-nin fövqəladə iclasını elan edib.

Избранный
2
2
publika.az

3Источники