Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib ki, dünya yeni pandemiyaya qismən hazırdır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində akkreditə olunmuş jurnalistlərlə görüşən Qebreyesus 2024-cü ildə səhiyyə sahəsində baş verən hadisələrlə bağlı qiymətləndirmələr aparıb.
O bildirib ki, son bir ildə vəbadan ölümlər 71, qızılcadan isə 20 faiz artıb:
“1990-cı ildən bu yana böyüklərdə şəkər xəstəliyinə tutulma nisbətinin dörd dəfə artıb. Son bir ildə həftədə təxminən 1000, son 5 ildə isə ümumilikdə 7 milyon insan “COVİD-19”un qurbanı olub. “COVİD-19” haqqında keçmişdə qalmış kimi danışa bilmərik. Dünyada 2 milyard insan səhiyyə və dərman xərclərinin ödənilməsi nəticəsində maddi sıxıntılar yaşayır”.
//Publika.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта