RU

Bakı-Şamaxı yolunda son vəziyyət… – FOTO

Bakı-Şamaxı avtomobil yolu buz bağlayıb, nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.

Ekologiya.az  xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, yolda nəqliyyat vasitələrinin hərəkətində yaranmış çətinliklə bağlı əraziyə Yol Patrul Xidmətinin və digər aidiyyəti qurumun əməkdaşları cəlb olunub.

Operativ müdaxilələrlə avtomobillərin hərəkəti bərpa olunub: “Meteoroloji şəraiti nəzərə alaraq bir daha sürücülərə tövsiyə olunur ki, yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına diqqət yetirsinlər, sürət həddini hava şəraitinə uyğun seçsinlər”.

Ekologiya.az  APA-ya istinadən xəbər verir ki, qar və çovğun Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən hissəsində yol qəzalarına səbəb olub. Buzlaşmanın olduğu ərazilərdə hərəkət edən bəzi avtomobillər idarəetmədən çıxaraq bir-birinə çırpılıb. Xəsarət alanlar olmasa da, avtomobillərə ziyan dəyib.

Yolların qardan təmizlənməsi üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və canlı qüvvəsi səfərbər olunub.

Bakı-ŞamaxıBakı-Şamaxı


Bakı-Şamaxı

***

Gecə saatlarından respublika ərazisində havanın kəskin dəyişməsi bir çox avtomobillərin yollarda qalmasına səbəb olub.

Ekologiya.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı-Şamaxı yolunun Qobustan rayonundan Ceyrankeçməz kəndi ərazisindən keçən hissəsində vəziyyət daha ağır olub.

Belə ki, gecə saatlarında başlayan güclü qar və şaxta nəticəsində yol buz bağlayıb. Bu səbəbdən 100-ə yaxın nəqliyyat vasitəsi saatlarla yolda qalıb. Bəzi avtomobillər isə sürüşərək yoldan çıxıb. Sürücülər çətin anlar yaşayıb, bəziləri isə gecəni öz avtomobillərində keçirməli olublar.

Hazırda da həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaşandığı bildirilir.

Избранный
21
1
ekologiya.az

10Источники