Türkiyə ABŞ-la təmasları zamanı “Qazprombank”la iş baxımından Rusiyanın sanksiyalar siyahısından çıxarılması məsələsini gündəmə gətirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Hürriyet” mənbələrə istinadən məlumat yayıb.
Mənbələr bildiriblər ki, mövzu cümə günü ABŞ-ın dövlət katibi Antoni Blinkenin Ankaraya səfəri zamanı müzakirə olunub.
Qeyd olunur ki, Amerika tərəfi sorğunun alındığını təsdiqləyib və hazırda qiymətləndirmə aparır.