RU

Misir Prezidenti və ABŞ Prezidentinin köməkçisi girov problemini müzakirə ediblər

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanı qəbul edib. Görüşdə Qəzzada radikallar tərəfindən saxlanılan girovların İsrail həbsxanalarındakı fələstinli məhbuslarla dəyişdirilməsi perspektivləri müzakirə olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Misir liderinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüş zamanı iki ölkənin Qəzzada atəşkəs və girovların mübadiləsinə dair razılaşma əldə etmək səyləri nəzərdən keçirilib. Qışın başlaması ilə əlaqədar sektorun əhalisinə humanitar yardımın göstərilməsi üçün təcili tədbirlər görülməsinin vacibliyi vurğulanıb.

Tərəflər Suriyadakı vəziyyətin inkişafına xüsusi diqqət yetiriblər. Misir Prezidenti “Suriyanın birliyini və ərazi bütövlüyünü qorumaq və Suriya xalqının təhlükəsizliyini təmin etmək zərurətini” xüsusi qeyd edib.

Избранный
2
9
ikisahil.az

10Источники